[b]Azərbaycan yığmasının ev sınağı[/b]
14.09.2016 - 13:31
[b]Azərbaycan yığmasının ev sınağı[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin çıxış edəcəyi VIII qrupun qarşılaşmaları isə sabah başlayacaq.

 

Bu qrupun matçları Bakıda keçiriləcək. Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda İspaniya, Ukrayna və Latviya ilə mübarizə aparacaq.

 

Yığmamız birbaşa elit-raunda yüksəlmək üçün qrup qalibi olmalıdı. Çünki yalnız 1-ci yer sahibləri növbəti mərhələyə vəsiqəni təmin edəcək.

 

11 qrup qalibi ilə yanaşı, 2-ci yeri tutanlardan 10-u elit-raundda qüvvəsini sınayacaq. Bu üzdən 1-ci yeri tutmayacağı halda, komandamız digər 2-ci yerlərdən kimisə üstələməlidi.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları Bakı Olimpiya Stadionunun əsas və ehtiyat meydançalarında keçiriləcək.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

VIII qrup

 

I tur, 15 sentyabr

15:00. İspaniya – Latviya

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

19:00. Azərbaycan - Ukrayna

Bakı Olimpiya Stadionu

 

II tur, 17 sentyabr

11:00. İspaniya – Azərbaycan

Bakı Olimpiya Stadionu

15:00. Ukrayna - Latviya

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

 

III tur, 20 sentyabr

19:00. Ukrayna – İspaniya

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

19:00. Azərbaycan - Latviya

Bakı Olimpiya Stadionu