[b]Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlandı[/b]
10.05.2018 - 14:08
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu ay keçirəcəyi oyunların vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hər üç yoxlama görüşü eyni saatda başlayacaq.
Mayın 16-da Gürcüstanın U-20, mayın 24-də və 27-də isə Makedoniyanın U-21 yığması ilə qarşılaşmalar saat 19:00-da start götürəcək. Bütün qarşılaşmalar “Dalğa Arena”da təşkil olunacaq.
Mənbə: affa.az
0
0