17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun VII qrupunda son təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin III turdakı görüşünü ukraynalı hakim idarə edəcək.
Martın 28-də baş tutacaq qarşılaşmada Anastasiya Romanyuk fit çalacaq. Ona həmyerlisi Aleksandra Vdovina və almaniyalı Anya Klimm kömək edəcəklər. Daha bir almaniyalı Miriam Şveynefuss isə dördüncü hakim olacaq.
Qarşılaşma Almaniyanın Noybrandenburq şəhərindəki “Neu sw Stadion”unda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki oyununda Almaniyaya 0:5, İrlandiyaya 0:1 hesabı ilə uduzub.