[b]Azərbaycanın “almaniyalısı” “Borussiya”nın güclü tərəfini dedi[/b]
29.10.2015 - 13:25
[b]Azərbaycanın “almaniyalısı” “Borussiya”nın güclü tərəfini dedi[/b]

“Qəbələ”ni “Siqnal İduna Park”da çox ağır atmosfer gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın texniki direktoru Bernhard Lippert deyib.

 

Avropa Liqasında mübarizə aparan “Qəbələ” gələn həftə qrup mərhələsi çərçivəsində “Borussiya”nın qonağı olacaq.

 

“Qırmızı-qaralar”ın həmyerliləri ilə oyununu dəyərləndirən almaniyalı mütəxəssis rəqibin hücum xəttinin gücünü xüsusi vurğulayıb: “Mən Dortmundda oyuna komanda çıxarmışam, ordakı atmosferi bilirəm. Ümid edirəm ki, “Borussiya” bir neçə aparıcı futbolçusunu bu matçda oynatmayacaq. Çünki onları qarşıda çətin oyunlar gözləyir. Bir məqam da var ki, “Borussiya” son vaxtlar çox qol vurur. Bir sözlə, “Qəbələ” üçün çətin olacaq”.

 

Qeyd edək ki, “Borussiya” – “Qəbələ” oyunu noyabrın 5-də keçiriləcək.

0