[b]Azərbaycanla İslandiya arasında dördqat fərq[/b]
28.03.2018 - 18:13
[b]Azərbaycanla İslandiya arasında dördqat fərq[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinin VII qrupunda keçirdiyi son matçda İslandiyaya məğlub olub. Apasport.az saytının məlumatına görə, turnirdə ilk qolunu vuran Siyasət Əsgərovun yetirmələri buna 6 zərbə fonunda nail olub.

 

UEFA-nın rəsmi saytında verilən statistik məlumatlara əsasən demək olar ki, görüş adalıların böyük üstünlüyü şəraitində keçib. Hər halda, islandiyalılar qızlarımızdan 4 dəfə çox, yəni 24 zərbə ilə qol axtarışında olublar. Çərçivəyə gələn 10 topdan cəmi 3-nün qolla nəticələnməsi onu göstərir ki, millimiz bu hesabla məğlubiyyətə sevinməlidi.

 

Komandamız 90 dəqiqə ərzində cəmi 1 künc zərbəsi yerinə yetiribsə, şimallılarda bu say 14 olub.

 

 

Azərbaycan

 

İslandiya

1

Qol

3

6

Zərbə

24

3

Çərçivəyə

10

2

Çərçivədən kənara

13

1

Qarşısı alınan zərəbələr

1

1

Küncdən zərbə

14

2

Sarı vərəqə

0

0

Qırmızı vərəqə

0

9

Qayda pozuntusu

14