Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov zədələnib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu forvardın şərəfini qoruduğu “Dinamo” klubunun baş məşqçisi Rene Ridleviç deyib.
Şimal Şərq Regional Liqasının XXVII turunda “Halberstadt” üzərində 4:2 hesablı qələbəyə dublla töhfə verən 27 yaşlı futbolçu ayağından xəsarət alıb. Baş məşqçi onun bu günlərdə tibbi müayinədən keçəcəyini və durumuna bundan sonra aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, Şimal Şərq Regional Liqasında 26 qolla bombardirlər yarışına başçılıq edən Rüfət Dadaşov gələn mövsümdən III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edəcək.