[b]Azərbaycanlı futbolçu oynadı, komandası darmadağın oldu[/b]
13.08.2016 - 00:37
Azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “qaradənizlilər” hazırlıq oyununda “Bursaspor”la qarşılaşıb.
İstanbulda baş tutan qarşılaşmada sevinən tərəf bursalılar olub. “Yaşıl timsahlar” rəqibini 3:0 hesabı ilə darmadağın edib.
Ramil Şeydayev bu oyunun 83-cü dəqiqəsində hesab 3:0 olarkən meydana çıxıb və heç nə ilə yadda qalmayıb.
0
0