[b]Azərbaycanlı futbolçuya 1 illik cəza[/b]
14.10.2014 - 12:32
[b]Azərbaycanlı futbolçuya 1 illik cəza[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionun VI turunda baş verənlər müzakirə olunub.

 

Qurumun toplantısında əsas müzakirə mövzusu “Mil-Muğan”la bağlı olub. “Kəpəz”lə səfər matçında bu komandanın futbolçusu Rəmzi Məmmədovun sənədlərinin saxta olması aşkarlanıb. Oyunçu və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi buna əməl olunmayıb.

 

İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alan qurum “Mil-Muğan”a cəzalar tətbiq edib. Rəmzi Məmmədovun iştirakı ilə 2014/2015 mövsümündə I divizionunda keçirilən bütün oyunlarda “Mil-Muğan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Əyalət təmsilçisi 1000 manat cərimədə ödəyəcək. Məmmədovun AFFA və PFL in bayrağı altında keçirilən bütün yarışlarda iştirakına 1 illik qadağa qoyulub və klub 1000 manat ziyana düşüb.

 

Qeyd edək ki, bundan əvvəl saxtakarlıqla limiti pozduğu üçün “Mil-Muğan”ın “Turan”la oyununun da nəticəsi ləğv edilmiş və komandaya məğlubiyyət verilmişdi. Komandanın baş məşqçisi Mətləb Məmmədov da 1 illik futboldan kənarlaşdırılmışdı.