Bakı “İnter”i heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi hollandiyalı yarımmüdafiəçi Yusif Fentiçlə 3 il müddətinə müqavilə imzalanıb.
2 gündü “bankirlər”in heyətinə qoşulan 21 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının “Simurq”a qarşı keçirdiyi yoxlama görüşündə meydana çıxıb.
Qeyd edək ki, 1993-cü ildə Amsterdamda dünyaya gələn Yusif Fentiç “Ayaks” futbol klubunun yetirməsidi. Peşəkar karyerasına “Zvolle”də başlayıb. 2013-cü ildə bu komandaya transfer olunan gənc yarımmüdafiəçi cəmi 1 oyunda meydana çıxmaq şansı qazanıb. 2014-cü ilin yayında isə onun “Zvolle” ilə yolları ayrılıb. 4 ay futbolsuz qaldıqdan sonra isə “İnter”ə keçib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı