Sabah Topaz Premyer Liqasında (TPL) XXVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mayın 4-də start götürəcək tur üç gün davam edəcək.
Gəncədə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Premyer Liqada sonuncu olacağı rəsmiləşən Yunis Hüseynovun yetirmələri 7 oyunluq qələbəsizliyə son qoymaq niyyətindədi. Doğma azarkeşləri önündə oynayacaq meydan sahibləri “Sumqayıt”ın avrokuboklar arzusunu çətinə salmağa köklənib. Son iki görüşdə uduzan Samir Abasovun yetirmələri isə 3-cü yeri əldən verməmək üçün səfərdən xalla dönməlidi.
İkinci oyun gününə “Səbail” və “Zirə” arasında paytaxt derbisi ilə start veriləcək. Qonaqlar mükafatlar uğrunda mübarizədən qopmamaq üçün 11 turluq qələbəsizliyə son qoymalıdı. Ayxan Abbasovun yetirmələri bunu bacarmasa, avrokubok xəyalı ilə vidalaşa da bilər. Samir Əliyevin komandası isə indiyədək yenmədiyi rəqibinin enişdə olmasından yararlanmalıdı.
Qəbələdə baş tutacaq matç isə gümüş medal baxımından önəm daşıyır. “Keşlə”ni qəbul edəcək “Qəbələ” 3 xal qazansa, 2-ci yeri təmin edəcək. Roman Qriqorçukun yetirmələrinin qələbə qazanmada da bunu rəsmiləşdirməsi mümkündü. “Keşlə” üçün isə səfər oyunu formal xarakter daşıyır. Yuri Maksimovun komandası üçün finalda qarşılaşacağı rəqiblə görüş heç bir əhəmiyyət kəsb etmir.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” sonuncuların meydanında qarşılaşacaq. Çempionluğu təmin edən Qurban Qurbanovun komandası mövsümün son ev oyununda azarkeşlərini sevindirmək üçün qalib gəlməlidi. Tərlan Əhmədovun komandası isə avrokubok şansının azalmaması üçün çempionun 17 oyunluq məğlubiyyətsizlik seriyasını qırmalıdı.
Topaz Premyer Liqası
XXVI tur
4 may (cümə)
16:00. “Kəpəz” – “Sumqayıt”
Mövsümün əvvəlki oyunları: 1:2, 0:3, 1:2
Gəncə şəhər stadionu
5 may (şənbə)
17:00. “Səbail” – “Zirə”
Mövsümün əvvəlki oyunları: 1:2, 0:1, 1:1
“Bayıl Arena”
19:00. “Qəbələ” – “Keşlə”
Mövsümün əvvəlki oyunları: 2:1, 3:0, 1:1
Qəbələ şəhər stadionu
6 may (bazar)
19:00. “Qarabağ” – “Neftçi”
Mövsümün əvvəlki oyunları: 3:1, 1:0, 0:0
“Azərsun Arena”
|
1. |
Qarabağ |
25 |
19 |
5 |
1 |
36-9 |
62 |
|
2. |
Qəbələ |
25 |
13 |
6 |
6 |
40-24 |
45 |
|
3. |
Sumqayıt |
25 |
11 |
6 |
8 |
32-28 |
39 |
|
4. |
Neftçi |
25 |
11 |
4 |
10 |
33-26 |
37 |
|
5. |
Zirə |
25 |
9 |
8 |
8 |
31-28 |
35 |
|
6 |
Keşlə |
25 |
6 |
6 |
13 |
24-38 |
24 |
|
7. |
Səbail |
25 |
6 |
5 |
14 |
18-34 |
23 |
|
8. |
Kəpəz |
25 |
3 |
4 |
18 |
15-42 |
13 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12