[b]Bakıdakı ilk ÇL matçına nə qədər bilet satılıb?[/b]
08.09.2017 - 00:22
[b]Bakıdakı ilk ÇL matçına nə qədər bilet satılıb?[/b]

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, ilk gündə təxminən 3000 bilet satılıb.

 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

 

Şatış məntəqələri

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)