[b]Baş katib yığmanın oyununu izlədi[/b]
09.11.2014 - 18:31
Bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycanın əsas və U-21 yığmaları arasında yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Mahmud Qurbanovun başçılıq etdiyi komandanın 4:2 hesabı ilə qalib gəldiyi görüşü AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.
O, "Sumqayıt"ın prezidenti Kamran Quliyev və "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovla birgə millimizə dəstək olub.
Bundan başqa, matçı "Neftçi" və "Sumqayıt"ın məşqçilər korpusunun üzvləri də izləyib.
0
0