[b]Baş məşqçi bir həftədə iki dəfə qovuldu[/b]
20.09.2016 - 16:34
[b]Baş məşqçi bir həftədə iki dəfə qovuldu[/b]

Meksika futbolunda qəribə hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir məşqçi həftə ərzində eyni klubdan iki dəfə qovulub.

 

Mövsümün ilk 9 turunda 7 məğlubiyyəti olan “Çiapas” klubu baş məşqçisi Joze Saturnino Kardosonu əvvəlcə ötən həftənin əvvəli postundan uzaqlaşdırıb. Hətta klubdan bununla bağlı bəyanat da yayılmışdı: “Klubun İdarə Heyəti Joze Saturnino Kardoso ilə görüşərək, müqavilənin qarşılıqlı razılıqla ləğvinə qərar verib. Məşqçiyə xidmətlərinə görə təşəkkür edirik”.

 

Ancaq bundan cəmi bir gün sonra klub prezidenti Karlos Lopes Çarqu bu bəyanatı futbolçuların gözünü qorxutmaq üçün yaydıqlarını söyləmişdi: “Belə bir addıma ehtiyacımız var idi. Çünki futbolçulara vəziyyətin nə qədər ciddi olduğunu çatdırmaq istəyirdik”.

 

Ötən həftəsonu “Çiapas”ı “Kruz Azul” önünə məhz Kardoso çıxarıb. Komanda bu dəfə də meydanı məğlub (0:3) tərk edincə, baş məşqçinin növbəti dəfə istefaya göndərildiyi bəyan edilib. Onun yerinə isə 2003-cü ildə və 2013-2015-ci illər aralığında “Çiapas”ı çalışdırmış Sergio Bueno gətirilib.

0