[b]Baş məşqçi əvəzi ayın ən yaxşı baş məşqçisi oldu[/b]
08.05.2018 - 21:35
“Vest Bromviç”in baş məşqçi əvəzi Darren Mur Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi seçilib. Apasport.az-ın məlumatına görə, bu barədə EPL-in rəsmi saytı açıqlama yayıb.
44 yaşlı yamaykalı məşqçi aprel ayının əvvəlindən Alan Pardyunun yerinə komandaya rəhbərlik edir. Murun rəhbərliyi altında komanda geridə qalan ayda çempoinatda 4 oyun keçirib ki, onlardan ikisində qələbə (“Mançester Yunayted” və “Nyukasl” – 1:0), ikisində isə heç-heçə əldə edib (“Suonsi” – 1:1, “Liverpul” – 2:2).
“Vest Bromviç” Çempionşipə düşməmək şanslarını qoruyur.
0
0