[b]Baş məşqçi ilə 3 illik müqavilə[/b]
05.04.2018 - 20:41
[b]Baş məşqçi ilə 3 illik müqavilə[/b]

İtaliyanın “Milan” klubu baş məşqçisi Cennaro Qattuzo ilə müqaviləni uzadıldığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Bu isə o deməkdi ki, 2017-ci ilin noyabrında Vinçentso Montellanı əvəzləyən Qattuzo daha 3 il bu postda qalacaq.

 

Qeyd edək ki, “Milan” hazırda A seriyasının turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.