[b]Belçika millisinin oyunçusu dünyasını dəyişdi[/b]
30.04.2015 - 20:11
Ötən həftə Belçikada “Genk” lə qarşılaşmada ürəyi tutan müdafiəçi həyatını itirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlılar arasında oyunun 25-ci dəqiqəsində “Lokeren”in futbolçusu infarkt keçirmişdi.
Qriqori Mertens 24 yaşında idi və bir neçə müddət idi ki, “Lokeren”in formasını geyinirdi. Bu mövsüm 18 matçda komandasına kömək edə bilmişdi. Həmçinin, uğurlu oyunu ilə “Belçika”nın 21 yaşlılardan ibarət yığmasına da dəvət almışdı.
Xatırladaq ki, Mertensin yaşadığı hadisədən sonra, onun həmvətənləri, Tibo Kurtua və Romelu Lukaku futbolçuya mənəvi dəstək göstərmişdilər.
0
0