[b]Belhandanın əvəzinə Sneyder[/b]
29.07.2017 - 20:29
“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Uelsi Sneyder karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə “Nitsa” maraqlanır.
Bu barədə iddia ilə “France Football” nəşri çıxış edib. Bildirilib ki, azad agent statusu daşıyan hollandiyalıya iki illik müqavilə təklif edilib. Onun məhz “Qalatasaray”a keçən Yunes Belhandanı əvəzləyəcəyi deyilir.
Qeyd edək ki, Sneyder 2013-2017-ci illərdə “Qalatasaray”da çıxış edib və ümumilikdə 122 qarşılaşmada forma geyinib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0