[b]Belottinin bəxti gətirdi[/b]
28.12.2017 - 19:37
“Torino”nun hücumçusu Andrea Belloti zədələnib. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin də formasını geyinən forvet məşqdə xəsarət alıb.
Onun diz bağlarında gərilmə meydana gəlib. Klubdan verlən rəsmi açıqlamada futbolçunun zədələndiyi bildirilsə də, onun nə vaxt yaşıl meydanlara dönəcəyi ilə bağlı qeyd olmayıb.
Qeyd edək ki, həkimlərin qənaətinə görə, futbolçunun hətta diz bağları da qırıla bilərmiş. Bu, futbolda ən ağır zədələrdən hesab olunur və bərpa prosesi aylarla davam edir.
0
0