“Milan”ın sabiq sahibi Silvio Berluskoni klubu yenidən almağı planlaşdırır. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, 81 yaşlı siyasətçi son açıqlamasında bu mövzuya toxunub.
“İşlər indiki kimi davam etsə, gec, ya tez, “Milan”ı yenidən satın alacam” – deyə, Berluskoni vurğulayıb.
Qeyd edək ki, “Milan” 2017-ci ilin aprelindən bəri çinli iş adamlarının nəzarətindədi. Hazırda İtaliya A Seriyasında 7-ci pillədə qərarlaşan klub həm də maliyyə problemləri ilə üz-üzədi. Belə ki, “rossonerilər”in 300 milyon avro borcu var. Həmçinin, maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə, UEFA-nın “Milan”a transfer qadağası qoyacağı gözlənilir.