“Bir müddət əvvəl bu komandalar üz-üzə gəlmişdi. Elə onda da indiki kimi 1:1 hesabı qeydə alınmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernard Lippert deyib.
Almaniyalı mütəxəssis komandamızın Moldova ilə bu gün keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Həmin heyətdən yalnız 3 futbolçu bu gün Moldovaya qarşı oynadı. Komandamızın 5 üzvü əsas milliyə cəlb olunub. Demək olar ki, komandamız tamamilə yenilənib. Biz artıq növbəti seçmə mərhələyə hazırlaşırıq. Heç-heçəyə görə çox şadam. Düşünürəm ki, Norveçlə seçmə oyunu ərəfəsində yaxşı oynadıq. Futbolçularımız istəkli görünür, mübarizə aparırdı. Qapıçının axmaq səhvindən qol buraxdıq. Hesab edirəm ki, qapıçımızın görmə ilə bağlı probleminin olması və stadiondakı işıqlandırmanın zəifliyi bu qola səbəb oldu. Tamaşaçılar gözəl oyun izlədi. Moldova güclü komandadır, ikinci hissədə sürətli oynadı”.
Qeyd edək ki, Tiraspolda keçirilən Moldova – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”