“Braziliyadakı mundialdan qalib kimi qayıdırsansa, Avropa çempionatının bir nömrəli favoriti sayılırsan”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı çalışdırıcı yerli mətbuata açıqlamasında ölkəsinin Avro-2016-dakı şanslarını dəyərləndirib.
Foqts qitənin nəhənglərindən sayılan Hollandiyanın Avropa çempionatından kənarda qalmasının onun üçün maraqsız olduğunu bildirib: “Hollandiyanın niyə Avropa çempionatına vəsiqə qazana bilmədiyini soruşmayın. Bu komanda Avropa çempionatı üçün deyil. Ondansa turnirdə Almaniyadan sonra ikinci favoritin kim olduğunu soruşun”.
20 il öncə, yəni 1996-cı ildə Bundestimi Avropa çempionu edən Foqts həmyerlilərinə güvənir. O, İngiltərə yığmasını da favoritlər sırasında göstərib: “İngiltərə həmişə turnirin favoritlərindən sayılıb. Ancaq onlar çox vaxt uğursuzluğa düçar olublar”.