“Bizim futbolçular indiyədək heç vaxt final mərhələsində oynamaq imkanı qazanmayıblar. Düşünürəm ki, Avropa çempionatının iştirakçılarının sayının 16-dan 24-ə qədər artırılması belə bir şans yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsində uğurlu çıxış etmək üçün yoxlama oyunlarının çox olmasını istəyir: “Komandamız Norveç və Bolqarıstanla 3-cü yer uğrunda mübarizə apara bilər. Assosiasiyanın nə qədər iş gördüyünü nəticələrimizlə göstərməliyik. Amma indi bizim aprel və avqustda yoxlama oyunlarımız yoxdur. Noyabrdakı yoxlama oyunumuz da it-bata düşüb. Belə vəziyyətdə Azərbaycan necə mübarizə aparsın?”
Qeyd edək ki, yığmamız martın 5-də Filippin millisi ilə yoxlama oyunu keçirəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”