[b]Berti Foqts millidən ayrıldı[/b]
14.10.2014 - 11:58
[b]Berti Foqts millidən ayrıldı[/b]

AVRO-2016-nın seçmə mərhələsində ilk səfərinə çıxan Azərbaycan millisi bu gün Bakıya qayıdır. Apasport.az saytının məlumatına görə, İtaliya (1:2) və Xorvatiya (0:6) ilə qarşılaşmalarda məğlub olan yığmamız ölkəmizə xalsız dönür.

 

Əksər səfərlərindən olduğu kimi, komandamız Bakıya yenə də baş məşqçisiz gəlir. Belə ki, Berti Foqts Xorvatiya ilə Osiyekdəki matçdan sonra komandadan ayrılıb və vətəni Almaniyaya yollanıb.

 

Onun həftəsonu Bakıya gələcəyi, AFFA rəhbərliyinə hesabat verəcəyi gözlənilir. Üçü seçmə mərhələdə olmaqla, alınan ardıcıl 4 məğlubiyyətdən sonra onun məhz həmin görüşdə istefaya göndəriləcəyi də istisna deyil.