Bu gün AVRO-2016-nın seçmə mərhələsində mübarizəyə başlayacaq Azərbaycan millisi ev oyunlarındakı uğurlu seriyasını davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda qol vurduğu matçların ardıcıllığını artırmaq iddiasındadı.
Belə ki, yığmamız seçmə mərhələlərindəki ev qarşılaşmalarında azarkeşlərinə qol sevinci bəxş edir. 2013-cü il martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə yenilən millimiz sonrakı 3 oyunu qolsuz tərk etməmişdi. Millimiz Lüksemburq (1:1), Şimali İrlandiya (2:0) və Rusiya (1:1) ilə matçlarda qollu seriya ilə fərqlənmişdi.
“Qol maşını”nın Avropa çempionatının seçmə mərhələsindəki seriyası isə daha uzundu. Belə ki, millimiz AVRO-2012-nin bütün ev matçlarında qol vurduğundan 5 görüşlük nəticəyə malikdi. Türkiyə (1:0), Almaniya (1:3 ), Belçika (1:1), Qazaxıstan (3:2) və Avstriyanın (1:4) qapısına yol tapan futbolçularımız bu dəfə Bolqarıstan millisini məyus etməlidi. Yığmamızın qitə çempionatının seçmə mərhələsində qol vurmadığı son oyun isə 2007-ci il noyabrın 21-də baş tutub.
Onda komandamız Belçikaya qol vura bilməyib – 0:1. Bu matç da Foqtsun təyinatından əvvələ təsadüf edib. Almaniyalının yığmamızın “sükanı arxasında” olduğu bütün Avropa çempionatlarının seçmə oyunlarında Bakıda meydan sahibləri qol vurub.