[b]Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlandı[/b]
12.10.2014 - 00:00
[b]Berti Foqtsun mətbuat konfransının vaxtı açıqlandı[/b]

AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 13-də, Osiyek şəhərində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər iki çalışdırıcı qarşılşamadan bir gün əvvəl mətbuat nümayəndələrinin qarşısına çıxacaq.

 

Belə ki, öncə yerli vaxtla saat 12:30-da Berti Foqts jurnalistlərin suallarını cavablandıracaq. 17:00-da isə ev sahiblərinin baş məşqçisi Niko Kovaç mətbuat nümayəndələrini başına toplacaq.

 

Xorvatiya milli komandası

12 oktyabr, saat 17:00 – Mətbuat konfransı, “Gradski vrt” stadionu

12 oktyabr, saat 17:30 – Mətbuat üçün açıq məşq, “Gradski vrt” stadionu

 

Azərbaycan milli komandası

12 oktyabr, saat 12:30 – Mətbuat konfransı, “Osiyek” oteli, “Hrast” zalı

12 oktyabr, saat 19:00 – İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq, “Gradski vrt” stadionu

 

affa.az

0