[b]Berti Foqtsun tərcümə edilməyən sözləri[/b]
10.09.2014 - 16:31
[b]Berti Foqtsun tərcümə edilməyən sözləri[/b]

“Rüfət 90 dəqiqə meydanda oldu, çünki biz ikinci qolu vurmaq istəyirdik...”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

Almaniyalı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin Bolqarıstanla oyunundan sonra keçirilən mətbuat konfransında verilən son sualı cavabsız qoymayıb. Əsəbiləşdiyi üçün konfrans zalını tərk edən Foqts bunu etməzdən öncə ona verilən suala qısa cavab verib və ardınca media nümayəndələrinə müraciət edib: “UEFA-da “Respekt” (hörmət) kimi bir söz var, onda gəlin, Rüfət və digər oyunçulara hörmətlə yanaşaq. O, qol vuranda yaxşı idi, indi isə onu tənqid edirlər. Maraqlıdır, niyə yalnız legionerləri tənqid edirlər, yerliləri isə heç kim tənqid etmir. Gəlin, futbolçulara hörmətlə yanaşaq”.