[b]Beyl “Real”ı sevir, “Real” da Beyli[/b]
10.04.2018 - 15:53
Madrid “Real”ının və Uels millisinin futbolçusu Qaret Beylin bu yay yenidən İngiltərə Premyer Liqasına qayıdacağı barədə məlumatlar yayılıb. Apasport.az-ın məlumatına görə, “Mançester Yunayted” cinah oyunçusu ilə yaxından maraqlandığını və onun transferi üçün böyük məbləğdən keçə biləcəyini bildirib.
Ancaq futbolçunun meneceri yayılan bu söhbətlərin yalan olduğunu bildirib. O qeyd edib ki, Beyl “Real”da oynamaqdan məmnundu.
Qeyd edək ki, Beyl 2013-cü ildə “Tottenhem”dən “Real”a transfer edilib.
0
0