[b]Bezotosnı - "bezproblem" [/b]
25.09.2016 - 20:16
[b]Bezotosnı  - "bezproblem"  [/b]

Topaz Premyer Liqasının VI turunun “Zirə” - “Qəbələ” (0:2) matçı qonaqların mövsümdə ardıcıl 6-cı “quru” oyunu ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” arxada qalan turlarda qol buraxmayan yeganə komandadı.

 

Əyalət klubunun ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən “Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb.

 

Cari mövsümdə isə “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la (2:0) qarşılaşmalarında da qol buraxmayan Dmitri ardıcıl 8-ci dəfə qapısını toxunulmaz saxlayıb. Ukraynalının qoruduğu qapıda gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 778 dəqiqədi qol buraxmır.

 

Dünyanın ən uzun “quru” seriyalarının siyahısına daxil olmaq üçün lazım olan 660 dəqiqəni ötən oyunda arxada qoyan qolkiper Zirədə şəxsi rekordunu yeniləyib.

 

Belə ki, qolkiper ötən ilin payızında imza atdığı 727 dəqiqəlik seriyanı da kölgədə qoyub.

0