[b]Bezotosnı dayandı, Balayev tək qaldı[/b]
09.04.2018 - 10:13
Topaz Premyer Liqasının XXII turu mövsümün iki əvəzolunmazından birinin seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, əvvəlki 21 turda 1890 dəqiqə meydanda olan “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı “Zirə” ilə səfər matçını (1:1) erkən bitirib.
Ukraynalı qapıçı start heyətində meydana çıxsa da, zədələndiyi üçün 25-ci dəqiqədə yerini Aqil Məmmədova verib.
Bezotosnının əvəzlənməsi ilə mövsümün mütləq rekordçusu adına Emil Balayev yiyələnib. “Səbail”in əlcək sahibi 22 turda 1980 dəqiqə meydanda olan yeganə futbolçudu.
0
0