Topaz Premyer Liqasının XXVI turunda "Bakı" doğma azarkeşləri önündə "Simurq"u qəbul edir. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisinin ilk hissəni 2:0 hesabı ilə bitirdiyi qarşılaşmanın fasiləsində ara qarışıb.
Ev sahibinin paltardəyişmə otağına gedən dəhlizdə dava düşüb. Belə ki, bakılılar qonaq komandanın vurduğu ikinci qola etiraz edib. Etirazın davamında isə "zolaqlılar"ın rəsmiləri hakimlərə sərt reaksiya bildirib. Bunun nəticəsində qalmaqal yaşanıb. Polisin hadisəyə müdaxilə etməsi nəticəsində ara sakitləşib.
Maraqlıdı ki, "Bakı"nın baş məşqçisi İbrahim Uzunca komandanı ikinci hissəyə çıxartmaq istəməyib. Türkiyəli çalışdırıcını son anda razı sala biliblər. İş burasındadı ki, Uzunca hakimlərin onlara qarşı qərəzli olduğunu düşünür. O, ikinci hissədə hər kəsin eşidəcəyi tərzdə mədəni dildə desək, "Bəsdirin bizi yıxıb, sürüdüz" söylədi (futbolinfo.az).