[b]Biliç “Vest Hem”dən ayrıldı[/b]
06.11.2017 - 15:20
[b]Biliç “Vest Hem”dən ayrıldı[/b]

İngiltərənin “Vest Hem” klubu baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, Slaven Biliç komandanı tərk edib.

 

Bu, Premyer Liqanın XI turunda “Liverpul”a 1:4 hesablı məğlubiyyətdən sonra baş verib. Xorvatiyalı çalışdırıcı komandanı çətin durumdan çıxara bilmədiyini görərək, postdan ayrılmaq qərarına gəlib.

 

Onun yerinə kimin gətiriləcəyi hələ bəlli deyil.

 

Qeyd edək ki, 11 turdan sonra cəmi 9 xal toplayan “Vest Hem” turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

0