[b]Billiatın “Qarabağ”a keçidi alınmır?[/b]
08.05.2018 - 11:17
[b]Billiatın “Qarabağ”a keçidi alınmır?[/b]

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiatın Azərbaycana səfəri baş tutmaya bilər. Apasport.az saytının Cənubi Afrika Respublikasının (CAR) mətbuatına istinadən məlumatına görə, “Mamelodi Sandaunz”un hücumçusu Avropaya köçməklə bağlı fikrini dəyişmək üzrədi.

 

Doğrudu, Zimbabve millisinin üzvü müqavilə müddəti gələn ay başa çatacaq klubu ilə yollarını ayıracaq. Ancaq onun CAR-da qalmaq ehtimalı yüksək qiymətləndirilir. Belə ki, “Orlando Pirates”, “Kayzer Çifs” və “Bidvest Uits” 28 yaşlı oyunçunu razı salmağa çalışır. Xüsusən də, birincilərin daha sərfəli təklif irəli sürdüyü bildirilir. Adıçəkilən klublarla yanaşı, İsveç təmsilçisi “Yurqorden” də bu transfer məsələsində “Qarabağ”la rəqabət aparır.

 

Billiatın yeni meneceri Maykl Nqobeni isə qərar vermək üçün tələsmədiklərini vurğulayıb: “Billiatın anlaşmasının iyunun sonunda bitəcəyini bütün dünya bilir. O isə hələ mövsümü başa vurmaq barədə düşünür. Qərar üçün kifayət qədər vaxtımız olacaq”.

 

Qeyd edək ki, CAR-da mövsümün sonuna 1 tur qalsa da, Xama Billiatın komandası “Mamelodi Sandaunz” artıq çempionluğu təmin edib.