Rusiya yığmasının futbolçuları mart ayında bir neçə dəfə dopinq-testdən keçiblər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ayın 20-27-si aralığında komandanın üzvləri 80-dən çox qan və sidik nümunəsi təqdim ediblər.
Oyunçular ilk olaraq martın 20-də və 21-də yoxlanılıblar. Həmçinin Braziliya (0:3) və Fransa (1:3) ilə yoldaşlıq görüşlərindən sonra bütün heyət bir daha testdən keçib.
Avropa Liqasının 1/8 final matçları da nəzərə alınmaqla, rusiyalı futbolçular martın 8-27-si aralığı 100-dən çox dopinq-test nümunələri veriblər. Martın 8-dən 21-nə qədər olan testlərin cavabları mənfi çıxıb. Son iki testin nəticələri ilə bağlı hələlik rəsmi məlumat yoxdu.
Qeyd edək ki, dünya çempionatı bu yay Rusiyada təşkil olunacaq.