Topaz Premyer Liqasının XXVII turundan sonra elə vəziyyət yaranıb ki, son qarşılaşmalar yalnız mükafatlardan birinin sahibini müəyyənləşdirəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın çempionluğunun ardından “Qəbələ”nin “gümüş”ü təmin etməsi yalnız “bürünc”ü sahibsiz saxlayıb.
Mayın 20-də baş tutacaq görüşlər də məhz 3-cü yerin taleyi baxımından önəmli olacaq. Düzdü, çempion “Qarabağ”la gümüş mükafatçı “Qəbələ” də son turda üz-üzə gələcək. Lakin həm bu qarşılaşma, həm də “Səbail”lə “Keşlə”nin paytaxt derbisi formal xarakter daşıyacaq.
Digər iki matç isə həlledici olacaq. Hazırda 43 xalla 3-cü sırada qərarlaşan “Neftçi” Gəncədə tarixi rəqib, lakin indi autsayder olan “Kəpəz”in qonağı olacaq.
Turun mərkəzi görüşündə isə “ağ-qaralar”ın izləyiciləri qarşılaşacaq. 40 xallı “Sumqayıt” 1 xal gerisində olduğu “Zirə”ni qəbul edəcək. Bu görüş liderlərin formal duelini də kölgədə qoyacaq.
Turnir cədvəlindən göründüyü kimi 3-cü yerə, yeganə sahibsiz medala üç iddiaçı var. Bunlar “Neftçi”, “Zirə” və “Sumqayıt”dı. Onlardan birinin qazanacağı bürünc medal həm də Avropa Liqasına birbaşa vəsiqə verir.
Turnir cədvəli
|
1. |
Qarabağ |
27 |
19 |
5 |
3 |
36-13 |
62 |
|
2. |
Qəbələ |
27 |
14 |
7 |
6 |
43-25 |
49 |
|
3. |
Neftçi |
27 |
13 |
4 |
10 |
37-27 |
43 |
|
4. |
Zirə |
27 |
11 |
8 |
8 |
34-29 |
41 |
|
5. |
Sumqayıt |
27 |
11 |
7 |
9 |
33-31 |
40 |
|
6 |
Keşlə |
27 |
7 |
7 |
13 |
28-39 |
28 |
|
7. |
Səbail |
27 |
6 |
5 |
16 |
19-38 |
23 |
|
8. |
Kəpəz |
27 |
3 |
5 |
19 |
17-45 |
14 |
Birbaşa demişkən, 4-cü yer də bu turnirə qatılmaq şansını qoruyacaq. Lakin həmin komanda “Keşlə”nin kubokunda “Qəbələ”yə uduzmasını və ya lisenziya ala bilməməyini gözləməlidi. Bir sözlə, təkcə 3-cü deyil, 4-cü yer uğrunda da mübarizə yaşanacaq.
“Bürünc savaşı”nda aşkar favorit “Neftçi”di. Yüksəlişdə olan Tərlan Əhmədovun komandasının taleyi öz əlindədi. “Ağ-qaralar” səfərdə oynasa da, rəqib autsayderdi. Lakin bakılılar mütləq qalib gəlməlidi. Çünki xal itkisi “Neftçi”yə baha başa gələ bilər.
Buna səbəb odu ki, “ağ-qaralar” şəxsi oyunlarda həm “Zirə” (evdə - 1:2, 1:1, səfərdə - 0:1, 3:0), həm “Sumqayıt”a (evdə - 2:1, 2:2, səfərdə - 0:1, 0:2) uduzur. Deməli, ölkənin ən titullu komandası xalların bərabər olmasından qaçmalıdı.
Qələbə ilə yanaşı, heç-heçə, hətta məğlubiyyət də “Neftçi”ni Avropa Liqasına 3-cü yerlə daşıya bilər. Lakin bunun üçün Sumqayıtdakı matçda münasib nəticə qeydə alınmalıdı. “Ağ-qaralar” Gəncədən 1 xalla dönsə, “Zirə”nin xal itkisini arzulamalıdı. “Neftçi” uduzsa, digər oyun heç-heçə bitməlidi.
Sumqayıtda meydana çıxanların şansı nisbətən azdı. “Zirə” 3-cü olmaq üçün mütləq qalib gəlməli və “Kəpəz”dən xal gözləməlidi. “Sumqayıt”a təkcə öz qələbəsi deyil, qərblilərin də “Neftçi”ni məğlub etməsi qane edir.
Ümumiyyətlə, mayın 20-də keçiriləcək bu iki görüşlə bağlı 9 mümkün variant var. Bunların 6-da “Neftçi”, 2-də “Zirə”, yalnız 1-də “Sumqayıt” 3-cü yerlə Avropaya yollanır. Kubokun finalını gözləmək isə 4 variantda Ayxan Abbasovun, 3 variantda Tərlan Əhmədovun, 2 variantda isə Samir Abasovun yetirmələrinə nəsib olacaq. 5-ci olmayacağı rəsmiləşən “Neftçi”dən fərqli, “Sumqayıt” 6, “Zirə” 3 variantda kənarda qalacaq.
|
“Kəpəz” – “Neftçi” |
“Sumqayıt” – “Zirə” |
III yer |
IV yer |
V yer |
|
3 |
3 |
“Sumqayıt”(43) |
“Neftçi”(43) |
“Zirə”(41) |
|
3 |
1 |
“Neftçi”(43) |
“Zirə”(42) |
“Sumqayıt”(41) |
|
3 |
0 |
“Zirə”(44) |
“Neftçi”(43) |
“Sumqayıt”(40) |
|
1 |
3 |
“Neftçi”(44) |
“Sumqayıt”(43) |
“Zirə”(41) |
|
1 |
1 |
“Neftçi”(44) |
“Zirə”(42) |
“Sumqayıt”(41) |
|
1 |
0 |
“Zirə”(44) |
“Neftçi”(44) |
“Sumqayıt”(40) |
|
0 |
3 |
“Neftçi”(46) |
“Sumqayıt”(43) |
“Zirə”(41) |
|
0 |
1 |
“Neftçi”(46) |
“Zirə”(42) |
“Sumqayıt”(41) |
|
0 |
0 |
“Neftçi”(46) |
“Zirə”(44) |
“Sumqayıt”(40) |
3 – meydan sahibinin qələbəsi, 1 – heç-heçə, 0 – qonaqların qələbəsi