[b]Bir mövsümdə 3-cü, Çempionlar Liqasında 5-ci het-trik[/b]
13.04.2016 - 10:06
[b]Bir mövsümdə 3-cü, Çempionlar Liqasında 5-ci het-trik[/b]

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Volfsburq”u mübarizədən kənarlaşdıran “Real” adını yarımfinala yazdırıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada madridlilərin hər 3 qoluna imza atan Kriştianu Ronaldo bombardirlik yarışındakı liderliyini möhkəmlədib.

 

Cari mövsüm bu turnirdə qollarının sayını 16-ya çatdıran portuqaliyalı daha bir rekorda şərik olub. Belə ki, Ronaldo karyerası ərzində 5-ci dəfə het-trikə imza atıb. O, bununla “Barselona”nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

 

Maraqlıdı ki, Ronaldo 5 het-trikdən 3-nü cari mövsümdə vurub. Belə ki, o, qrup mərhələsində “Malmö”nün qapısından bir matçda 4, “Şaxtyor”un qapısından isə 3 top keçirib.

 

Ronaldo və Messidən sonra ən çox het-trik edən digər oyunçular Mario Qomes, Filippo İnzagi və Luiz Adriano hərəyə 3 dəfə bu uğura nail olublar.

 

Qeyd edək ki, Kriştianu Ronaldo ÇL-də qollarının sayını 93-ə yüksəldərək liderliyini möhkəmlədib. İkinci sıradakı Lionel Messinin isə aktivində 83 top var.

0