[b]Bir zəfərin hekayəsi: “Şeytan” belə sevindi - VİDEO[/b]
15.04.2016 - 01:30
[b]Bir zəfərin hekayəsi: “Şeytan” belə sevindi - VİDEO[/b]

Hər qalibiyyətin bir hekayəsi olur. Hər zəfərin gizli və ya aşkar bir qəhrəmanı olur. Bu dəfə “Mançester Yunayted”in zəfərindən danışacağıq. Apasport.az saytı “qırmızı şeytanlar”ın 2007/08 mövsümündə Çempionlar Liqasının finalında “Çelsi”yə qalib gələrək, ən güclü olmasının tarixçəsini təqdim edir.

 

Tarix: 21 may, 2008-ci il.

Yer: Moskva, “Lujniki” stadionu.

Çempionlar Liqası, final matçı.

 

“Çelsi” “Mançester Yunayted”lə qarşılaşır. Əsas və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatır. Oyunsonrası penalti seriyasında isə sevinən “manukunianlar” olur. Ancaq bu, o qədər asan olmur.

 

Hekayəni oxuyaq...

 

Çikaqo universitetində magistr təhsili alan İqnasio Palasio 1995-ci ildən başlayaraq penalti vuruşlarının qeydiyyatını aparmağa başlayıb və bu araşdırmasını da 2003-cü ildə çap etdirir. İqanasionun belə bir araşdırma apardığını bilən bir dostu onu o dönəm “Çelsi”nin baş məşqçisi olan Avraam Qrantla tanış edir. Daha sonra isə Palasio Qranta final oyununun penaltilərə qədər uzana biləcəyi ehtimalına qarşı detallı bir raport təqdim edir. Bu raportda xüsusilə vurğulanan bir neçə önəmli nöqtə var.

 

1. “Mançester Yunayted”in qapıçısı Van der Sar zərbəni vuran oyunçunun təbii istiqamətinə meyillənir. Yəni zərbəni sağ ayaqlı oyunçu vurursa, sola, sol ayaqlı oyunçu vurursa, sağa tərəf yıxılır.

 

2. Van der Sar yerdən 1 – 1.5 metr hündürlükdə gedən zərbələri qaytarmağı daha yaxşı bacarır.

 

3. Kristiano Ronaldo topa yaxınlaşarkən dayanırsa, 85% ehtimalla qapıçının sağına tərəf zərbə vurur. Ancaq Ronaldo qapıçının yerindən tərpənməsi üçün son ana qədər gözləyir və ona görə qərarını dəyişdirə bilər. Qapıçının əvvəlcədən hərəkət etdiyi bütün məqamlarda Ronaldo zərbəni qola çevirə bilib.

 

4. İlk zərbəni vuran komandanın qazanma şansı 60%-dir.

 

Qayıdaq oyuna. Matç 1:1 hesabı ilə bitir, ilk penalti zərbəsini vuracaq komanda “Mançester Yunayted”di.

 

Tevez və Ballak ilk zərbələri dəqiq yerinə yetirir.

 

Növbə Ronaldodadır. Portuqaliyalı topa yaxınlaşarkən bir az dayanar, Peter Çexə baxar, ancaq Çex “dərsini yaxşı oxuyub”, yerindən bir millimetr də tərpənmir və öz sağına yıxılaraq qola icazə vermir.

 

 

Bu arada “Çelsi”li oyunçular “dərs”ə uyğun olaraq topu bütün hallarda öz sağlarına yerdən və ya havadan yollayaraq qolu vururlar. Buna uymayan tək oyunçu isə solaxay Eşli Koul olur. O, komanda yoldaşları kimi qaydalara uymur və öz təbii küncünə, sağ tərəfə qüvvətli zərbə endirir. Van der Sar bu zərbənin yönünü bilir, ancaq zərbə qüvvətli olduğu üçün qola mane ola bilmir.

 

 

İşin ən maraqlı tərəfi isə Koulun plana uymaması penaltini qola çevirməsinə rəğmən dolayısı ilə məğlubiyyətə səbəb olur.

 

Artıq son penaltilər vurulacaq... Terri topa yaxınlaşır, qaydaya uyğun olaraq öz sağına zərbə endirir, qapıçı əks istiqamətə meyillənir... ancaq dirək qola icazə vermir. Artıq penlati vuruşlarında bərabərlik var.

 

 

Daha sonra Anderson, Kalu və Giqqzdən dəqiq zərbələri gəlir və hesab 5:6 olur. “Çelsi”nin 7-ci penalticisi Anelka olduqca gərgin və həyəcanlıdır.

 

Ancaq hadisələrin gedişatında mançesterlilərin məşqçi heyəti “Çelsi”nin zərbələrinin xüsusi bir sistemlə vurulduğunun fərqinə varır.

 

Görünüşə görə bütün vuruşlar sağa tərəf edilib. Əslində sistem bu deyil. Ancaq solaxay Eşlinin qaydanı pozması bütün zərbələrin sağa getməsinə səbəb olub. Dolayısı ilə mançesterlilər nəzəri olaraq yanlış olsa da, praktik olaraq düzgün nəticəyə gəliblər...

 

...və sağ ayaqlı Anelka topa yaxınlaşır. Vuracağı istiqamət bəllidi – özünə görə sağ tərəfə, ya yerlə, ya da göylə vuracaq. Ancaq Van der Sar zərbə vurmağa hazırlaşan fransıza sağ tərəfi (qapıçının solu) göstərir – yəni bura vuracağını bilirəm. Təşvişə düşən Anleka "dəri kürə"ni özünün soluna və tam da 1 – 1.5 metr hündürlüklə yollayır... və “buummmm”, Van der Sar zərbəni qaytarır.

 

 

Bununla da “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olur.

 

 

 

 

Mənbə: Simon Kuper “Futbolun şifrələri”

Azərbaycan dilinə uyğunlaşdırma: Zaur Xudiyev

0