[b]Biri “Real”a, biri “İnter”ə[/b]
25.12.2017 - 10:48
[b]Biri “Real”a, biri “İnter”ə[/b]

“İnter”in hücumçusu Mauro İkardi “Real”a keçməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü “kral klubu” ilə ilkin razılıq əldə edib.

 

Bu keçidi qış fasiləsində həll etməyə çalışan madridlilərin “İnter”lə danışıqları da müsbət məcrada keçib. Maliyyə feyr-pleyinə görə İkardi ilə yeni müqavilə bağlaya bilməyən milanlılar onu astronomik məbləğə qarşı tərəfə satmağa razılıq verib.

 

Əvəzində digər argentinalı futbolçu Xavyer Pastore PSJ-ni “İnter”ə dəyişməyə hazırlaşır. 28 yaşlı hücumameyilli oyunçu özü də açıqlamasında “İnter”lə danışıq apardığını və “neradzurra”nın formasını geyinmək istəyində olduğunu etiraf edib.

 

Qeyd edək ki, Mauro İkardi bu mövsüm A seriyasında keçirdiyi 18 oyunda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ-nin heyətində 16 görüşdə (4 qol, 1 assist) iştirak edən Xavyer Pastore isə nadir hallarda start heyətində yer alıb.