[b]Blatterdən daha bir gözlənilməz qərar[/b]
06.06.2015 - 22:32
FİFA prezidenti Zepp Blatter UEFA Çempionlar Liqası final matçında iştirak etməyəcək. Apasport.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, isveçrəli futbol funksioneri Berlində azarkeşlər arasında olmayacaq.
Korrupsiya qalmaqalı ilə əlaqədar olaraq başqanlıqdan istefa verən Blatter yeni seçkilərə qədər vəzifəsini icra edəcəyini bildirmişdi.
0
0