Futzal üzrə UEFA kubokunun bombardirləri siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın üzvü Bolinya da ən məhsuldar oyunçular sırasında yer alıb.
Əsas mərhələdə 8 qol vuran yığmamızın futzalçısı siyahıda 3-5-ci yerləri bölüşür. O, yalnız Finlandiyanın “Slevi” klubunun üzvü Rami Tirkkonen və Kipr APOEL-inin qol silahı Nenedən geri qalır. Hər iki oyunçunun hesabında 9 qol var.
Lakin Tirkkonen və Nenenin komandaları mübarizəni dayandırıb. Bu üzdən Bolinya çıxışını davam etdirənlər sırasında hamıdan öndədi. O, “Brezye”li Denis Totoşkoviç və TDU-nun üzvü Arçil Sebeşkveridze ilə bölüşür. Sonuncu üçün avrokubok mövsümü bitibsə, Denisin komandasının taleyi son turda həll olunacaq.
Qeyd edək ki, Bolinya 8 qoldan 6-nı Makedoniyanın “Zelezareç” klubu ilə son matçda (15:4) vurub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!