Bolqarıstan yığmasının futbolçusu Aleksandr Aleksandrov Azərbaycandan təklif alıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Kəpəz”in maraq dairəsindədi.
“Ludoqorets”dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Aleksandrov gələcək karyerası ilə bağlı yekun qərarını hələ ki, verməyib. “Kəpəz”lə yanaşı, Türkiyənin “Mersin İdmanyurdu” klubundan da təklif alan təcrübəli futbolçunun necə addım atacağı maraqla gözlənilir.
Bolqarıstan mətbuatı “Ludoqorets”ə qayıtmaq variantı da olan Aleksandrov üçün “Kəpəz” və “Mersin İdmanyurdu” klublarından gələn təkliflərin cəlbedici olmadığını yazıb.
“Ludoqorets”in baş məşqçisi Georgi Dermendziyev Aleksandrovun komandaya qayıtmasının tərəfdarıdı. Ancaq Razqrad təmsilçisinin maddi cəhətdən sıxıntı çəkməsi buna mane ola bilər.
Aleksandrov Azərbaycan və ya Türkiyədən gələn təklifi qəbul edib-etməyəcəyi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, 2014-2015 mövsümündə “Ludoqorets”in formasını geyinmiş Aleksandrov bu komandanın heyətində 24 oyunda meydana çıxıb.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı