[b]Bombardir fərqi artırdı[/b]
30.04.2018 - 18:13
[b]Bombardir fərqi artırdı[/b]

Futzal üzrə Yüksək Liqada bombardilərin yarışında müəyyən gərginlik davam edir. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, “Araz”ın üzvü Tiaqo Bolinya liderliyini yenidən möhkəmlədib.

 

“Yasamal”ın oyunçusu Mortoza Cahandost bir tur əvvəl fərqi azaltsa da, Bolinya rəqibinin yaxınlaşmasına imkan verməyib. Belə ki, son matçda daha 2 qol vuran milliləşdirilmiş futzalçı yenidən fərqi 8 topa çatdırıb. Onun aktivində hazırda 32 qol var.

 

Cərrahiyyə əməliyyatı olunduğuna görə, oynaya bilməyən Renat Sultanov (“Marafon Futsal”) isə 20 topla üçüncü pillədə qərarlaşıb.