[b]Bombardir sıradan çıxdı[/b]
01.11.2017 - 20:03
[b]Bombardir sıradan çıxdı[/b]

“Latsio” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Roma təmsilçisinin əsas hücumçusu Çiro İmmobile sıradan çıxıb.

 

İtaliya A seriyasının “Benevento” ilə oyununda (5:1) zədələnən hücumçu Avropa Liqasının “Nitsa” ilə ev oyununda komandasına kömək edə bilməyəcək.

 

Cari mövsümdə şans qazandığı 14 oyunda 16 qola imza atmış İmmobile, İtaliya A seriyasında ən sərrast hücumçudu (14 qol).

 

Qeyd edək ki, “Latsio” - “Nitsa” oyunu noyabrın 2-də, saat 00:05-də başlayacaq.

0