“Mənim hansısa tanınmış sima ilə şəkil çəkdirən vaxtım deyil”. Bunu apasport.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.
Oktyabrın sonlarında Böyükağa Hacıyev İsveçrənin Nyon şəhərində “UEFA Coach Education: Student Exchange” proqramı çərçivəsində keçirilən seminarın iştirakçısı olub. Həmin seminara Hacıyevdən başqa, PRO kateqoriyalı lisenziya kurslarının iştirakçıları - Tərlan Əhmədov, Bəhmən Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Adil Şükürov, Elşad Quliyev, Daril Uillard, Murat Yoldaş və Azər Bağırov da qatılıb.
Seminarın sonunda AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Everton” və “Mançester Yunayted”in sabiq çalışdırıcısı Devid Moyeslə şəkil çəkdirib. Hacıyev isə bu məsələyə münasibət bildirərkən həmkarı Əhmədov kimi gənc olmadığını və 56 yaşında kiminləsə şəkil çəkdirməyi özünə sığışdırmadığını bildirib: “Qoy, hər kimsə gəlib mənimlə şəkil çəkdirsin. O yaşım deyil ki, hansısa məşqçiyə mənimlə şəkil çəkdirməsini xahiş edim. Ümumiyyətlə, kiminləsə şəkil çəkdirməyə meylli biri deyiləm”.
Qeyd edək ki, Tərlan Əhmədov 2012/13 mövsümündə “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi qismində çalışıb.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt