AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Apasport.az saytının xəbərinə görə, “Qəbələ”nin U-17 komandası səfərdə “Xəzər Lənkəran”la qarşılaşıb.
“Qırmızı-qaralar” görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. 26 görüşdə 67 xal yığan komanda yarışın lideridi.
Sumqayıt təmsilçisi İOEUGİM-lə üz-üzə gələn U-15 də böyük hesabla qalib gəlib – 5:1. 22 görüşdə 58 xal toplayan sözügedən kollektiv çempionatın vahid lideridi.
Qeyd edək ki, Gənclər Liqasında hesabat turunda istirahət edən “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komanda 19 matçda 49 xal toplayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı