[b]Braziliya Futbol Konfederasiyası prezidentinə ömürlük cəza[/b]
27.04.2018 - 17:44
FİFA Braziliya Futbol Konfederasiyasının (BFK) prezidenti Marko Polo del Neroya ağır cəza verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumu del Neronu ömürlük futboldan uzaqlaşdırıb.
Buna səbəb futbol funksionerinin rüşvət alması göstərilib. BFK rəhbəri ilə bağlı ötən ilin dekabrından bəri aparılan istintaqın nəticəsi olaraq Etika Komitəsi belə bir qərar qəbul edib.
Qeyd edək ki, Marko Polo del Nero 2014-cü ildən Braziliya Futbol Konfederasiyasına başçılıq edib.
0
0