Braziliyanın San-Paulu şəhərində “Korinfyane” futbol klubunun azarkeşləri bədbəxt hadisə ilə üzləşiblər. Apasport.az saytının BBC-yə istinadən verdiyi məlumata görə, “Korintias”la oyuna hazırlaşan fan-klubun 8 üzvü naməlum şəxslər tərəfindən öldürülüb.
Azarkeşlərin olduğu məkana 3 silahlı şəxs hücum çəkərək, onlara döşəməyə uzanmağı əmr edib. Bu vaxt qaçmağa cəhd edən fanatlardan biri yaralanıb. Polislərin rəyinə əsasən, ölən azarkeşlərdən yeddisi klub vasitəsilə narkotika alveri ilə məşğul olurmuş. Polis hadisə şahidlərinin ifadəsini toplayıb. Hadisəyə narkotik satıcılarından ibarət qruplar arasında rəqabət mübarizəsinin səbəb olduğu iddia edilir.
Polis gizlənən cinayətkarların axtarışını davam etdirir.
Qeyd edək ki, bu, Braziliya futbolunda narkotiklə bağlı olan ilk kriminal hadisəsi deyil. Bir neçə il öncə ölkənin tanınmış futbolçularından biri özünə kokain almaq üçün dünya çempionu medalını satmışdı.