Bu gecə Cənubi Amerikada DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Braziliya və Argentina yığmaları da meydana çıxıblar.
Ekvadorun qonağı olan “sambaçılar” matçın taleyini ikinci hissədə vurduqları qollarla həll ediblər. Uruqvayı qəbul edən Argentina millisi isə Lionel Messinin sayəsində çətin qələbə əldə edib.
7 turdan sonra aktivində 14 xal olan Argentina birinci yerdə qərarlaşıb. Hərəyə 13 xalı olan Uruqvay, Kolumbiya və Ekvador milliləri 2-4-cü yerləri bölüşürlər. Braziliya yığması isə 5-ci pillədədi.
Ekvador – Braziliya – 0:3
Qollar: Neymar, 72; Qabriel Xesus, 87, 90+2
Argentina – Uruqvay – 1:0
Qol: Messi, 43
Boliviya – Peru – 2:0
Qollar: Eskobar, 38; Raldes, 88
Kolumbiya – Venesuela – 2:0
Qollar: Hames Rodriges, 45+2; Maknelli Torres, 81
Paraqvay – Çili – 2:1
Qollar: Romero, 6; da Silva, 9 – Vidal, 36