[b]Budaqsız “Sportinq” evdə uduzdu[/b]
01.04.2018 - 01:28
[b]Budaqsız “Sportinq” evdə uduzdu[/b]

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) XXXI tur davam edir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Nasional”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

Qeyd edək ki, “Sportinq” hazırda 32 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.