[b]Buffon bütün italyanları qabaqlayır[/b]
12.04.2018 - 18:44
[b]Buffon bütün italyanları qabaqlayır[/b]

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları çərçivəsində “Real”a qarşı forma geyən Canluici Buffon Avropanın ən mötəbər klub turnirində 117-ci dəfə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, Cici italyan futbolçular arasında mütləq rekordun sahibidi.

 

Belə ki, Çempionlar Liqasında 40 yaşlı qapıçıdan daha çox oyunda forma şansı qazanan başqa bir italiyalı yoxdu.

 

117 matçın 54-də Buffon qələbəyə sevinib. “Real”la görüşdə aldığı qırmızı vərəqə isə onun üçün Çempionlar Liqasında bir ilkdi.