[b]Buffon hazır deyil[/b]
19.12.2017 - 20:48
“Yuventus” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” Buffonun xidmətindən məhrum olub.
A Seriyasının 18-ci turunda “Roma” ilə oyunda “çərçivə qoruyucusu” meydana çıxa bilməyəcək.
Baş məşqçi Maks Alleqri yerli mətbuatda açıqlamasında qapıçının zədədən sonra hazır olmadığını bildirib.
Qeyd edək ki, dekabrın 23-də keçiriləcək “Yuventus” – “Roma” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0
0